Qərb hər vasitə ilə, xüsusən də MDB ölkələrinin rəhbərliyinə təzyiq yolu ilə Mərkəzi Asiyada möhkəmlənmək və regiona təsir etmək istəyirlər.
Bunu Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bişkekdə keçirilən iclası zamanı bildirib.
“Biz anqlo-saksonların Əfqanıstandakı vəziyyətə təsir etmək üçün davamlı cəhdlərini görürük. Bu, onların bütün regiona təsir etmək üçün nəyin bahasına olursa-olsun bu platformadan istifadə etmək niyyətlərini izah edir”, – Bortnikov vurğulayıb.
Onun sözlərinə görə, Qərb bu məqsədə çatmaq üçün istənilən vasitədən istifadə edirlər. Məsələn, Suriya-İraq və Əfqanıstan-Pakistan zonalarında daimi hərbi qulluqçuların rotasiyası, həmçinin birliyin cənub sərhədlərində yeni döyüş təlim düşərgələri bu vasitələrə aiddir.
“Bura müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın müxtəlif formatlarının tətbiqi, eləcə də MDB dövlətlərinin rəhbərliyinə siyasi və iqtisadi təzyiqlər də daxildir”, – Rusiya FTX-nin direktoru qeyd edib.