Qərb ölkələri bu il Ukraynaya nə qədər maliyyə yardımı edib? – RƏQƏMLƏR

0
220

Kiyev 2023-cü ildə Qərb tərəfdaşlarından 42,5 milyard dollar alıb, bu məbləğin yalnız dörddə biri qrant şəklində verilib.

Bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko məlumat verib.

“2023-cü ildə beynəlxalq tərəfdaşlarla 300-dən çox işçi görüşü keçirildi. Biz Ukraynanın büdcə ehtiyacları üçün 42,5 milyard dollar topladıq, bunun 25 faizi qrant dəstəyi olub”, – nazir öz feysbuk səhifəsində yazıb.

O əlavə edib ki, 2023-cü ildə Ukraynanın beynəlxalq maliyyə institutları ilə kredit layihələrinin portfellərinin həcmi bütün əməkdaşlıq illərində ən böyük olub. Həmçinin qeyd edib ki, daxili bazarda borclanma ötən illə müqayisədə iki dəfə artaraq 15,5 milyard dollar təşkil edib.

Bundan əvvəl Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Daniil Getmantsev qeyd edib ki, noyabrın sonunda Ukraynanın dövlət borcu 140 milyard dolları keçib.