Qərb ölkələri BMT-dən Ukrayna ilə bağlı təcili iclas tələb ediblər

0
98

Qərb ölkələri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasının keçirilməsini tələb ediblər.

Bu barədə Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski “Telegram” kanalında məlumat verib.

“TŞ-nin qərbli üzvləri avqustda Ukrayna məsələsini BMT TŞ-də qaldırmağa qərar veriblər”, – daimi nümayəndənin müavini deyib.

Onun sözlərinə görə, onlar Nyu-York vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 23:00-da – red.) görüş tələb ediblər.

Polyanski, həmçinin bildirib ki, Rusiya avqustun 30-da Ukraynaya Qərb silahlarının tədarükü ilə bağlı BMT TŞ-nin iclasının keçirilməsi ilə bağlı sorğu göndərib. Onun sözlərinə görə, görüş zamanı Ukrayna böhranının Qərb üçün əlverişsiz olan digər aspektlərinə toxunulacaq.