Qərəzli Fransanın vecsiz qətnaməsi: Azərbaycanın mövqeyinə təsir etməyəcək

0
201

Yanvarın 17-də Fransa parlamentinin yuxarı palatasında – senatda ölkəmiz və onun suverenliyi, ərazi bütövlüyü əleyhinə növbəti qərəzli qətnamə layihəsi müzakirəyə çıxarılıb. Senatının rəsmi saytında qeyd edilib: “Senat Azərbaycanın Dağlıq Qarabağa (?!) hərbi hücumunu pisləyən və Ermənistana hər hansı təcavüz cəhdinin, onun ərazi bütövlüyünün pozulmasının qarşısını alan qətnamə layihəsinə baxacaq”. Sənəd layihəsində həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiqi tələbi yer alıb və “erməni əhalinin Qarabağa qayıtmaq hüququna zəmanət verilməsi” tələb olunur.

Məsələ ilə bağlı politoloq Amid Əliyev açıqlama verib.

O diqqətə çatdırıb ki, Fransa birinci dəfə deyil ki, Azərbaycana qarşı qərəzli qətnamə qəbul edir və ya buna cəhd göstərir:

“II Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı bu kompaniya aparılıb. Laçın dəhlizində nəzarət qurulanda bu iş Fransa tərəfindən davam etdirildi. Hətta BMT TŞ iclasına qədər bu məsələ qaldırılıb. Bütün qeyd olunan cəhdlərdə Fransanın ümidləri özünü doğrultmadı. İndiki məqamda Azərbaycana qarşı Fransa siyasi hakimiyyətinin hər hansı bir qolu tərəfindən qərəzli qətnamənin qəbul olunmasının heç bir siyasi və hüquqi əsası yoxdur. Bu, heç bir halda Azərbaycana və onun mövqeyinə təsir etməyəcək.

Görünün odur ki, bu məsələdə Fransa axıra qədər öz qərəzli mövqeyini saxlamaqda davam etdirəcək. Makronun hakimiyyəti dövründə bu yanaşmanın dəyişəcəyini gözləmək olmaz. Bütün bunların arxasında isə Azərbaycana qarşı qərəz, Azərbaycanın nəinki bölgədə eləcə də bölgədən kənarda artan nüfuzudur. İndiki məqamda Fransa Milli Assambleyasının yeni qərəzli qətnaməsi yalnız və yalnız kağız üzərində təsirsiz qətnamə olaraq qalacaq”.