Qəmdən qurtulmağın effektiv yolları…

0
468

“O kəs ki, haram dünyaya eşq bəsləyər, daxili qəmlə dolu olar. Dünyadan əl çəkmək ona inanmaqdan daha ləzzətlidir”

Bu gün müasir elm insanların qəmini aradan qaldırmaq üçün çox sayda yollar məsləhət görür ki, onların əksəri qısamüddətlidir. Bunların çoxu insanın ruh və canına heç də yaxşı təsir qoymur.

Həzrət Əli (ə) insanın qəm və qüssəsini aradan qaldırıb yerini sevinclə doldurmaq üçün bir neçə mübarək məsləhət vermişdir.
1. Dünyanın fani olmasına diqqət etmək. İmam Əli (ə) Səlman Farsiyə yazdığı məktubda yazır: “Dünya qəmini başından çıxart. Çünki onun halının dəyişkən olmasına və ondan ayrılmağa yəqinin vardır”. İnsanın dünyanın fani olmasına diqqət etməsi nəticəsində o, dünyada olanlara ürək bağlamaz. Ona görə də dünyada əldə etmədiklərinə və əldən verdiklərinə görə qəm yeməz. Bu cür insan bilir ki, dünyanın eniş və yoxuşları vardır. Ona görə də dünyanın çətinliklərinə görə pərişan olmaz. İmam Əli (ə) buyurur: “Çətinliklər sona çatan zaman, işlər açılar. O zaman ki, bəlanın halqası daralar, rahatlıq gəlib çatar”.
2. Axirət savabına diqqət etmək. İmam Əli (ə) buyurur: “Dünyanın acısı axirət şirinliyilədir, dünyanın şirinliyi axirətin acı haramı ilədir”. O kəs ki, axirət savabına imanı var, dünyanın çətinliklərinə səbir edər və dözər. İnsan əgər dünya acısına və çətinliklərinə səbir edərsə, axirətdə savaba çatar. Ancaq dünyanın haram ləzzətlərinə qərq olmaq axirətdə acı həqiqətləri ona dadızdırar. Dünya çətinliklərinə səbir edən insan qəmgin olmaz. Haram ləzzətlərə meyl etməz və ona görə qəm yeməz.
3. Gəlməmiş günün qəmini yeməmək. İmam Əli (ə) buyurur: “Ey Adəm övladı! Gəlməmiş günün qəmini bu gün yemə! Əgər gəlməmiş gün sənin ömründən olsa, Allah ruzini yetirəcəkdir”. Başqa yerdə buyurur: “O kəs ki, Allahın ruzisinə razı olar, əlindən getdiklərinə görə qəmgin olmaz”. Əgər insan həqiqi ruzi verənin Allah olduğuna inansa və qəbul etsə, Onun tərəfindən gələn hər şeyi qəbul edər və ona razı olar. Bu cür insan belə bir inancda olmayan insandan daha sevincli və şad olar.
4. Haram dünyaya eşq bəsləməmək. İmam Əli (ə) buyurur: “O kəs ki, haram dünyaya eşq bəsləyər, daxili qəmlə dolu olar. Dünyadan əl çəkmək ona inanmaqdan daha ləzzətlidir”. Dünyapərəst insan həmişə əldə edə bilmədiklərinin qəmini yeyər. Qəlbi daima qəmlə dolu olar. Dünyaya bağlanmaq insana iztirabdan başqa bir şey gətirməz. Aydındır ki, belə bir insan sevinə bilməz. Ancaq əgər insan dünya sevgisini qəlbindən çıxardarsa, bu cür nigarançılıqları olmaz. Əlində olanlardan ləzzət alar. Əgər insan başa düşsə ki, qəmini yediyi şeylər onu tez qocaldar, onu tərk edər. Çalışar ki, özünü dünya sevgisindən ayırsın və onda olanlara bağlanmasın.
Beləliklə deyə bilərik ki, İmam Əli (ə) hər bir sahədə olduğu kimi, psixologiya elmində də bizlərə misilsiz məsləhətlər verir. Onlardan bəhrələnək və əməl etməyə çalışaq.