Qəlbimizdə olan sıxıntıları necə aradan qaldıraq?..

0
654
Allahı yada salmaq insan ruhiyyəsinə çox əlamətdar bir təsir qoyar. Qəlblər Onu yada salaraq aram və rahat olur. Allah buyurur: “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).
Quranın adlarından biri zikrdir. Quranı tilavət etmək bir növ zikrdir. İnsan bu zikrin yardımı ilə bir çox psixoloji və daxili təzyiqlərin hücumundan amanda qalır. Nə zaman ürəyin sıxılsa, Quran oxu. Allah Təala Quranda Həzrət Peyğəmbərə (s) belə xitab edir: “Küfr edənlər dedilər: «(Əgər Qur’anın mənbəyi Allahın elmidirsə, onda) nə üçün Qur’an ona bir yerdə (bütöv halda) nazil olmayıb?» Onun vasitəsi ilə sənin qəlbinə sabitlik və möhkəmlik vermək üçün (onun nazil olması) belədir. Və (buna görə də) onu yavaş-yavaş, bir-birinin ardınca (iyirmi üç il ərzində müxtəlif həcmlərdə sənə) oxuduq”. (“Furqan” 32).
Quranı davamlı şəkildə oxumaq ruhu və qəlbi möhkəm edər. O zaman ki, insan qəlbi möhkəm olar, heç bir bir qəm və qüssə ora daxil ola bilməz. O kəslər ki, Quranla munis ola biliblər, onun vasitəsilə rahatlıq taparlar. (Tebyan)
Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Quranın məsəli müşki-ənbərlə dolu kisənin məsəli kimidir. Əgər onu açsan, müşk iyi havanı ətirləndirər. Əgər öz halına buraxsan, fayda verməz”.
Quran həqiqətən bir müşkdür, oxunan zaman ruhu ətirləndirər. Əgər oxumasa, gizli qalar. Quran insanı kamala, səadətə tərəf hidayət edər. Quran oxumaq qəlbləri aram edər. Qəlbi nurani və səfalı edər.
Quranla o qədər minus ol ki, hara getsən, onu özünlə mütləq götürərsən. Onsuz rahatlıq hiss etməzsən. Həmişə yanında olsun və nə zaman vaxt tapsan, onu oxumağa başla.
Əgər Quranla belə minus olsan, qəlbin sıxılmaz, boş yerə göz yaşı tökməzsən, enerjini yersiz yerə tələf etməzsən. İmam Əli (ə) bizim sıxıntılarımızı hiss etdiyi üçün buyurmuşdur: “Quran tilavət etməklə ona bağlanın”.
Həzrət (s)başqa yerdə buyurur: “Hər kim Quran tilavətinə bağlanarsa, dostlarından ayrı olduğu üçün tənhalıq hiss etməz”.
Beləliklə, bu İlahi kitabı unutmayaq və onun vasitəsilə həm özümüzü və həm də Xaliqimizi tanıyaq.