Qəhvəyə süd əlavə etmək niyə məsləhət görülmür?

0
137

Südlü qəhvə milyonlarla insanın sevimli içkisidir. Və çoxumuz bir fincan içkinin zərər vermədiyinə inanırıq. Bu doğrudur, amma bəzi nüanslar var, xüsusən də bədən ölçülərinizin incə və formada olmasını istəyiriksə.

Diyetoloq Yuliya Xlopova “Lenta.ru” saytına südlü qəhvənin təsirlərindən söz açıb.

“Südün tərkibində mürəkkəb polisaxarid olan laktoza var, qəhvə ilə qarışdırıldıqda o sadə şəkərlərə parçalanır. Süd qəhvənin faydalılığını azaldır və belə çıxır ki, desert içirsiniz. Əgər yanında tort yeyirsinizsə və şərbət əlavə edirsinizsə, qəhvənin faydalılığından söhbət gedə bilməz. Eyni qayda bitki südlərinə də aiddir: istehsalçıların istehsal zamanı şəkər əlavə etməsi səbəbindən onlar da şəkərə çevrilirlər”, – mütəxəssis vurğulayıb.

Südlü qəhvə sevirsinizsə nə etməli?

Xlopova südlü qəhvənin əslində bir desert olduğunu unutmamağı və ona şəkər əlavə etməməyi məsləhət görüb. Həmçinin əlavə desertləri istisna etmək lazımdır. Diyetoloq çəkisini nəzarətdə saxlayanlara xəbərdarlıq edib ki, südlü qəhvə şişkinliyə səbəb olur, odur ki, arzulanan bədən ölçülərinə sahib olmaq sizin üçün çətinləşəcək.