Bu gün Qəbələ rayon Mirzəbəyli kənd şəhid Səmədov Xəyyam Mirazim oglunun birinci il dönümü qeyd olundu
Tədbir də Mirzəbəyli kənd sakinləri, Rayon icra hakimiyyəti başçısı, hüquqi və mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri,şəhidin ailə üzvləri,şəhid ailələri, Qəbələ TV, yazarlar, yaxınları iştirak etdi.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş,ruhuna dualar oxunmuşdur.
Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Səmədov Xəyyam Mirazim oğlu 16 yanvar 1986-cı ildə Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Qəbələ rayonunun Mirzəbəyli kənd orta məktəbində təhsil alıb. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında “Leytenant” hərbi rütbəsi ilə xidmətə başlayıb.
Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Səmədov Xəyyam Mirazim oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub.
Qəbələ rayonu Mirzəbəyli kənd qəbiristanlığında dəfn edilib.
Ailə tərkibi
Ata: Səmədov Mirazim Xanad oğlu
Ana: Səmədova Səba Əhməd qızı
Bacı: Səmədova Gülşən Mirazim qızı
Qardaş: Səmədov Elşad Mirazim oğlu
Həyat yoldaşı: Səmədova Piyalə Tofiq qızı
Oğlu: Səmədov Murad Xəyyam oğlu
Oğlu: Səmədov Nicat Xəyyam oğlu
Haqqında deyilənlər
Mərd, cəsur, qorxmaz insan olub.
Allah rəhmət eləsin Şəhidlərimizə
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri