“Qəhrəmanlar Anası “

0
175

Qəhrəmanlar Anası” adlı anım tədbiri Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və “Şəhid Analarına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Milli məclisin üzvləri,Ailə Qadın və Uşaq problemləri üzrə sədr müavini , Dövlət komitəsinin məsul şəxsləri, Mədəniyyət Nazirliyinin əməkdaşları, ziyalılar , təşkilat rəhbərləri, region şəhid ailələri, media nümayəndələri, iştirak etmişdir

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Azərbaycan dövlətinin suverenliyi , ərazi bütövlüyü və torpaqlarının düşmən tapdağından azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sayğı duruşu ilə yad edildi.

“Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxış edərək analara hər zaman mərd , başınızı uca tutun , birliy olun əziz analar dedi.O qeyd edib ki, tədbir Aprel döyüşlərinin ildönümünə və Qarabağ Zəfərinə həsr olunub. “Tədbir şəhid analarının bir araya toplanaraq öz duyğu və hisslərini bölüşməsi məqsədi daşıyır. Azərbaycan qəhrəmanlar yurdudur və analar şəhidlik zirvəsinə yüksələn bu qəhrəmanları dünyaya gətirən müqəddəs varlıqlardır. Onları cəmiyyətimizə təqdim etmək bizim borcumuzdur”, dedi.

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan xalq çalğı alətləri ifaçılarının konserti təqdim olunub.

” Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, Ceyran Həsənova ” Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin ” fəxri fərmanı ilə təltif olunmuşdur.
Tədbir alqışlarla başa çatmışdır.

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri