Norveçdə nəhəng kruiz gəmisi qasırğa zamanı qəzadan son anda qurtulub.
Bu barədə “Daily Mail” xəbər yayıb.
Bildirilir ki, güclü küləyin qəfil başlaması ilə gəmi heyəti sahilə çatmamış lövbər atmağa qərar verib. Bununla bağlı yayımlanan kadrlardan da heyətin nə qədər düzgün qərar verdiyi görünür.
Videoda göyərtədə olan sərnişinlərin nəhəng dalğaların gəmini limana yaxınlaşdırmasına həyəcanla baxdıqları görünür.