Qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlar

0
344

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunları I ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər.

İdarədən bildirilib ki, 27-28 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 217 nömrəli tam orta məktəbin şagirdi Elşən Salahov və 297 nömrəli tam orta məktəbin şagirdi Səmral Qasımov II mərhələdə bütün suallara düzgün cavab verərək 400 bal toplayıblar.

İmtahanın I mərhələsində 285 bal yığan S.Qasımov hər iki mərhələnin cəminə görə 685 bal, I mərhələdə 276,5 bal yığan E.Salahov isə hər iki mərhələnin cəminə görə 676,5 bal toplayıb.