Qəbul imtahanları əvvəlki illərdəki kimi keçirilməyə bilər – RƏSMİ AÇIQLAMA

0
458

Əgər şərait bizə imkan verərsə, qəbul imtahanlarını iki dəfə keçirə bilərik. Bizə müəyyən vaxtda həm buraxılış, həm də qəbul imtahanlarının keçirilməsi tapşırılarsa, o zaman ikinci imtahanlar olmayacaq”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə pandemiya dövründə DİM-in fəaliyyəti, təxirə salınan imtahanlar, gələcək işlər və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, imtahanların keçirilməsi DİM-ə veriləcək vaxta uyğun tənzimlənəcək:
“Bizə hələlik məhdudiyyət qoyulmayıb. Ona görə ümidvarıq ki, biz iki dəfə imtahan keçirə biləcəyik”.