Qəbələnin ag xalatlı şəhidi Aqşin Ənvərlinin ikinci il dönümü qeyd olundu

0
232

Şəhid Aqşin Faiq oğlu Ənvərlinin ikinci il dönümü əvvəlcə Xirxatala kəndində məzarı ziyarət olunmuşdur.

Məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Qızıl aypara cəmiyyətinin sədri Sədaqət Bayramova, Qəbələ TV,medya nümayəndələri, şəhid ailələri, qazilər , Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri, Mədəniyyət işçiləri, Naxçıvan Muxtar respublikasıdan şəhidin hərbiçi yoldaşları, yazarlar, Sirvan rayon şəhid ailələri, qazilər, Şirvan Dövlət Arxiv filialının rəhbəri Nəsibə Məmmədova , Sirvan orta məktəb müəlliməsi Tövhə Cəlilova , Qəbələ rayon dörd saylı tam orta məktəbin müəllimi kollektivi şagirdləri ilə rayon sakinləri, yaxinlarl, ailə üzvləri iştirak etdilər.

Aqşin Ənvərlinin birinci sinifdə oxuduğu vətənpərvərlik mövzusunda olan şeiri səsləndirildi, hamını heyrətləndirən şeir onu deyirdi: Sən Vətən üçün dogulmusan!

Vəndam qəsəbə bir saylı orta məktəb şagirdi Ayla Abdurahmanova şeirləri ilə şəhid ailələrini ovutmaga çalıştı.

Şəhidin qardaşı qızı şeirləri ilə şəhid anaların göz yaşlarına bogdu.

Şəhidin atası Faiq Ənvərli çıxış edərək, oglu ilə fəxr etdiyini söylədi, gələn qonaqlara öz təşəkkürünü bildirdi.

Tədbir Lalə şadlıq sarayında ehsan süfrəsi arxasında davam etmişdir.

Aqşin Ənvərlinin müəlliməsi Aybəniz müəllimə Aqşinin Vətənpərvər ruhda böyüməsindən söhbət açdı. Şəhidin atası Faiq Ənvərliyə şəhidlər üçün hazirlatdıgı aksessuarı hədiyyə etdi
Sonra Aybəniz müəllimənin şagirdləri Aqşin Ənvərlinin il dönümünə həsr olunmuş kompazisiyaları nümayiş etdirdi.

Allah rəhmət eləsin Şəhidlərimizə.

Təranə Alməmmədova .

“Xarıbülbül Əbədi Məclisin”, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri