Qəbələdə ikinci Vətən müharibəsi ilk şəhidlərin ikinci il dönümü keçirildi.

0
289

Baxişov Hakim Səyyar oğlu 2000-ci il Dekabrin 13 Qəbələ rayon Topbağ kəndində anadan olmuşdur. 2007-ci ildə Qəbələ rayon Yenikənd kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuş 2018-ci ildə həmin məktəbi bitirmişdir.2019-cu ilin yanvar ayinda hərbi xidmətə yollanmiş 052-in tərkibində xidmətini çəkib bitirdikdən sonra öz istəyi ilə hərbiyə həvəsi olduğu üçün XTQ-də xidmətini davam etdirmişdir.2020-ci ildə 2-ci Qarabağ müharibəsində Murov istiqamətində geden döyüşlərdə qəhrəmanliqla döyüşmüşdür.Hakim 27-28-ə keçen gecə Murov istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmişdir.Evin yeganə oğul övladi 3 bacinin tək qardşi idi.Ölmündən sonra Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Hərbi xidmətlərinə görə”, “Kəlbəcərin azad olunmasina görə”, “Azərbaycan bayraği” ordeni ilə təltif olunmuşdur.

Tədbirdə rayon icra hakimiyyəti, şəhid ailələri, qazilər , Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri, Qəbələ TV, Xəbər AZ, yazarlar, kənd sakinləri, axundlar iştirak etdi .
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Sonra Azərbaycanın Dövlət himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Gələn qonaqlara çıxış üçün söz verilmişdi.
Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə.

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi,Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri