Qəbələdə 27 sentyabr Anım Günü tədbiri keçirilmişdir

0
222

27 sentyabr – Anım Günü ilə əlaqədar Qəbələ rayon Şəhidlər Xiyabanında tədbir keçirilmişdir. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərlərinin, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Dövlət Himni səslənmiş və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Ordu quruculuğu strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən çox böyük uğurla davam etməsindən, onun bir çağırışıyla dəmir yumruq kimi birləşən ordu-xalq birliyinin əzmlə mübarizə aparmasından və Böyük Zəfərlə yekunlaşan qələbəmizdən bəhs etmiş, şəhidlərə Allahdan rəhmət, şəhid ailələrinə səbir, qazilərə isə can sağlığı arzulamışdır. Şəhid valideynləri, qazilər adından çıxış edən Faiq Abdullayev və qazi Müşfiq Paşayev Vətən müharibəsində şəhid və qazilərimizin qəhrəmanlıqlarından söz açmış, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər. Sonda şəhidlərin ruhuna Qurani-Kərimdən surələr oxunmuş və tədbir iştirakçıları Birinci Qarabağ Müharibəsi şəhidləri ilə yanaşı 2016-cı ilin aprel, 2020-ci ilin iyul döyüşlərində, 44 günlük Vətən müharibəsində, eləcə də 13 sentyabr 2022-ci il tarixdə erməni silahlı qüvvələrinin təxribatının qarşısı alınarkən şəhadətə yüksəlmiş şəhidlərimizin xatirəsinə ucaldılmış kompleksi ziyarət edərək, məzarlara və xatirə lövhələrinin qarşısına gül dəstələri düzmüşlər.

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi ,İB Qəbələ rayon nümayəndəliyin rəhbəri