Qəbələ şəhid ailələri Şuşanı ziyarət etdilər

0
147

Azad olunmuş torpaqlarımızı ziyarət etdik. Bu ziyarəti Şəhidlərimizə borcluyuq.

Qəbələ şəhid ailələri ilə ziyarətdə olduğumuz anlar çox təsirli, çox mənalı, düşündürücü, qürurlu, ağrıli və sevindirici idi.

Hər qarışi qan ilə yoğrulmuş torpaqlara ayaq basdiqca içində bir sızıltı yaranır. Ürəyində keçdiklərini, dilinə gətirmək çox çətin olur.
O analirin baxışları, düşüncələri üzlərindən oxunurdu.
Həm agri- acı,həm gözləri oğul axtarışnda, həsrət,sevinc, ürəkləri nə qədər sızlasa belə qürurla dayanmağı,həm də övladlarının onlara bəxş etdiyi şəhid anası adını daşıyır deyə mərdliklə dayanırdılar. Çox təsirli abu-hava vardı.

Onlara insanlar şəhid ailələrinə yaxınlaşib, onlardan halallıq istəyir, onlara təsəlli olurdu.

Cıdır düzün ziyarət etdikdən sonra , Bülbülün ev muzeyində olduq. Bizləri sevgi ilə qarşıladılar.

İsa bulağın, Əsgəran qalasın, Xankəndi, Laçın dəhlizi, Xocavəndi,, Xocalı, Şuşanın Gövhər ağa məscidin, ziyarət etdik.

Cıdır düzündə xalça üzərində açdığımız süfrəmiz sanki doğma evinde açdığın süfrəyə bənzəyirdi.
Hamı bir – birinə çox əziz, çox doğma idi.
Bu doğmalığı onların övladları onlara bəxş etmiş.
Necə ki, onların övladları birləşib bir amal uğrunda yumruq olaraq o torpaqlari geri aldı.
Bu gün də onların valideynləri eyni yükü birlikdə daşıyırlar.

Gox xoş təəssüratlarla Şuşadan ayrıldıq,.
Yenidən o torpaqlara qayıtmaq arzusu ilə.

Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram.

Xalqımıza bu sevinci yaşadan Ordumuz daim var olsun!

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri