Qəbələ rayonunda 27 sentyabr – “Anım Günü” tədbiri keçirilmişdir

0
26

27 sentyabr – “Anım Günü” ilə əlaqədar Qəbələ rayon Şəhidlər Xiyabanında ümumrayon tədbiri keçirilmişdir. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Birinci Qarabağ və Vətən müharibəsində şəhadətə yüksəlmiş şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər Xiyabanı kompleksini ziyarət edərək, məzarlara və xatirə lövhələrinin qarşısına gül dəstələri düzmüşlər. Sonda tədbir iştirakçıları şəhid ailələrinin üzvləri və qazilərlə birgə xatirə şəkli çəkdirmişlər. Həmçinin gün ərzində 27 sentyabr – Anım günü ilə əlaqədar rayonda fəaliyyət göstərən bütün məscid və kilsələrdə şəhidlərin ruhuna dualar oxunmuşdur.

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəz Sabitlik və inkişaf Mərkəzin Qəbələ rayon nümayəndəliyinin rəhbəri