Qəbələ rayon ilə Qordon şəhəri arasında “Memorandum” imzalanmışdır

0
194

Qəbələ Rayon İcra Hakimiyyəti ilə Belarus Respublikasının Qrodno şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu imzalanmışdır

Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasına Dövlət səfəri etmişdir. Səfər cərcivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştiraki ilə iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilmişdir. İmzalanma mərasimində həmçinin, Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Belarus Respublikası Qrodno şəhər İcra Komitəsinin sədri Andrey Xmel tərəfindən “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu” imzalanmışdır.

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və inkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri