27 may 2025-ci il tarixdə Qəbələ rayon Cümə məscidinin tədbir keçirilib, tədbirdə şəhid ailələri ,məscid müəllimləri , rayon sakinləri iştirak etmişdir.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, görkəmli siyasi xadimlərin fəaliyyəti və bu dövrün milli-mənəvi irsimizdəki rolu barədə məlumat verilib. Ardınca torpaqlarımızin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna Quran Kərim oxunmuşdur.
Sonda çıxış edənlər 28 May tarixinin Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq, Cümhuriyyətin ideallarına sadiqliyin bu gün də davam etdiyini bildiriblər.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri
Təranə Alməmmədova




