Tədbirdə məktəbin direktoru Ədilə Əliyeva, müəllim şagird kollektivi, şəhid ailələri, yazarlar , təşkilat rəhbərləri iştirak etmişdir.
Əvvəlcə Azərbaycan respublikasının dövlət himni səsləndirilmiş, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Sağlırdlər , şeirlər söyləmis ,kompazisiya nümayiş etdirmişdir.
Şəhid Ruslan İdrisov haqqında geniş məlumat vermişlər,onun haqqında müəllimləri geniş söhbət açmışdir
. Ruslan İdrisov haqqında kiçik videoçarx nümayiş olunmuşdur.
İdrisov Ruslanın anası İdrisova Səfəyə xanım
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin fəxri fərmanı ilə təltif olunmuşdur
Şəhidin valideynləri məktəb şagirdlərinə , müəllim kollektivinə minnətdarlığını bildirmişdir
Sonda xatirə şəkilləri çəkildi
Əslən Qəbələ rayonu Qəmərvan kəndindən olan İdrisov Ruslan Qabil oğlu 2002 ci il iyun ayının 6-sı Ukraynada anadan olmuşdur. 2009 cu ildə Qəbələ rayonu 3 saylı tam orta məktəbin 1ci sinfinə getməyə başlamış , 2020 ci il Zarağan kənd 2 saylı tam orta məktəbin 11ci sinfini bitirmişdir. 2020 ci il 11 iyulda həqiqi hərbi xidmətə getmişdir. Ruslan 2020 ci il 27 sentyabrda başlanan müharibədə həqiqi hərbi xidmət etdiyi Goranboy rayonunda yerləşən N saylı hərbi hissədən iştirak etmişdir .Ailəsi ilə sonuncu danışığı 21 sentyabrda olmuşdur. Müharibə vaxtı əlaqə saxlanıla bilməmiş, iki aya yaxın sonra şəhid olduğu təsdiqlənmiş, 27 noyabrda ailəsinə şəhid olduğu xəbəri verilmişdir.Şəhid İdrisov Ruslan 2020 ci il 28 noyabrda Qəbələ rayonu Soltannuxa kənd qəbristanlığında dəfn olunmuşdur. Bir bacısı və bir qardaşı var idi.
Allah cəmi şəhidlərimizə rəhmət etsin
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri
Təranə Alməmmədova




