Putinlə Lukaşenko BAĞLI QAPI ARXASINDA: “Ən qapalı mövzular müzakirə olundu”

0
139

Rusiya və Belarus prezidentləri – Vladimir Putin və Aleksandr Lukaşenko Putinin Kremldəki mənzilində danışıqlar aparıb, ən həssas mövzuları müzakirə ediblər.

“Telegram” kanalı məlumat yayıb.

Qeyd edilib ki, Lukaşenko 5-6 aprel tarixlərində Rusiyada işgüzar səfərdə olub.

“Danışıqlardan və Kremldə işgüzar şam yeməyindən sonra liderlər Kremldəki mənzildə bir neçə saat söhbət ediblər. Təbii ki, orada ən qapalı mövzular müzakirə olunurdu”, – deyə kanal qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Putin Kremldəki mənzilində Çin prezidenti Si Cinpinlə qapalı danışıqlar aparıb.