Putinlə Kim Çenin təkbətək görüşü başladı

0
536

Vladivostokda Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen İn arasında təkbətək görüş başlayıb.

Putin Kim Çen İni yenidən ən yüksək vəzifəyə seçilməsi münasibətilə şəxsən təbrik edib, həmçinin görüşə şad olduğunu deyib.

Putin vurğulayıb ki, Kim Çenin səfərinin əlaqələrin inkişafı və nüvə probleminin nizamlanması prosesinə pozitiv dəstək verəcəyinə əmindir. Rusiya lideri bu istiqamətdə Kim Çenin atdığı addımları və ABŞ-la dialoqu da alqışlayıb.

Kim Çen isə bildirib ki, Koreya yarımadası ilə bağlı fikir mübadiləsi və Putinlə danışıqların əhəmiyyətli olacağına ümidlidir.

Təkbətək danışıqlardan sonra görüşün nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş formatda davam edəcəyi gözlənilir.