“Ankara və Moskva Rusiya prezidenti Vladimir Putinin səfərinin vaxtını vaxtı gələndə açıqlayacaqlar”.
Bunu Türkiyənin Rusiya Federasiyasındakı səfiri Tanju Bilgiç deyib.
“Rusiya prezidentinin mətbuat katibinin bəyanatlarından çıxış etmək lazımdır, Türkiyənin bəyanatlarını da izləmək lazımdır. Zamanı gələndə açıqlama verəcəyik”, – deyə səfir bildirib.
Bilgiç qeyd edib ki, Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan fevralın 21-22-də Braziliyada keçiriləcək G20 nazirləri çərçivəsində görüş keçirə bilərlər.
TASS diplomatik mənbəsi bildirib ki, Ankara qaz qovşağının tikintisi və Rusiya qazına endirimləri müzakirə etməyi planlaşdırır. Mümkün mövzular arasında Rusiya şirkətlərinin qarşılaşdığı türk bankları vasitəsilə hesablaşmalarla bağlı problemlər də var.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı həmçinin Suriya və Fələstindəki vəziyyət, Akkuyu atom elektrik stansiyasının tikintisi və Qara dəniz taxıl dəhlizinin müzakirəsi aparılacaq.