Putinin qurmaq istədiyi yeni dünya: 6 prinsipi açıqladı

0
181

Rusiya prezidenti Vladimir Putin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun 20-ci iclasının əsas sessiyasında yeni dünya düzəninin 6 əsas prinsipini açıqlayıb.

Putin onları belə sıralayıb:

Birincisi, açıq dünya. İkincisi, sivilizasiyaların müxtəlifliyi. Hər hansı bir ölkəyə və ya insana necə yaşamalı və ya hiss etməli olduqlarını təlqin etmək qadağan edilməlidir.

Üçüncüsü, birgə qərarlar. Dördüncüsü, ümumbəşəri təhlükəsizlik və davamlı sülh. Beşincisi, hamı üçün ədalət. Altıncı və sonuncu prinsip isə bərabərlikdir.

Putin, “Mümkün bir nüvə hücumuna cavabımız hücum edən tərəf üçün xoş olmayacaq” deyə açıqlayıb. Son 20 ildə dünyada ciddi dəyişikliklərin olduğunu qeyd edən Putin, “Qarşımızda yeni dünya qurmaq vəzifəsi dayanır” ifadələrini işlədib.