Putinin “Qiyamət günü təyyarəsi”ndə oğurlanan avadanlıqlarla bağlı açıqlaması

0
407

İl-80 təyyarəsinin yük hissəsindən naməlum şəxslər tərəfindən oğurlanan avadanlıq köhnə olub və dəyişdirilməli idi.

Bildirilir ki, oğurlanan avadanlıqların vaxtı bitmişdi.

O da məlumdur ki, təyyarə fəaliyyət göstərməyə davam edəcək.

Xatırladaq ki, aerodromda təyyarənin qarət olunması barədə məlumat dekabrın 7-də yayılıb. Naməlum şəxslər İl-80-də 30-dan artıq quraşdırılmış radiostansiyanı oğurlayıblar.

Təyyarə modernləşdirmə məqsədilə Taqanroqun cənubundakı aerodroma gətirilibmiş

Qeyd edək ki, “Qiyamət günü təyyarəsi” də adlandırılan hava komandanlığı məntəqəsi İl-80 məxfi təyyarə sayılır.

Onun əsas təyinatı iri miqyaslı münaqişələr zamanı yüksək rütbəli şəxslərin, hərbi rəhbərliyin təxliyyəsini həyata keçirmək, onların təhlükəsizliyini təmin etməkdir.