Putindən Qələbə Paradı ilə bağlı sərəncam

0
414

Rusiya Prezidenti Vladimir Putin iyunun 24-də Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar hərbi paradların keçirilməsi və atəşfəşanlıq haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 24 iyun tarixi, həmçinin, qeyri-iş günü elan edilib.

Moskva vaxtı ilə saat 10:00-da Qızıl Meydanda və Rusiyanın digər şəhərlərində hərbi texnikaların iştirakı ilə hərbi parad keçiriləcək. Saat 22:00-da isə atəşfəşanlıq olacaq.

Xatırladaq ki, bu il Rusiyada mayın 9-da keçirilməsi nəzərdə tutulmuş hərbi parad koronavirusla bağlı vəziyyətə görə təxirə salınmışdı.

Lakin ölkə prezidenti yubiley paradının daha sonra “geniş və təntənəli şəkildə” qeyd edəcəyinə söz vermişdi.