Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putin tənzimləmələrin əsas istiqamətində yeni addımları müzakirə etməyə dəvət edib.
RF dövlət başçısı Qarabağla bağlı razılaşmaların ardıcıl olaraq həyata keçirildiyini, bunun münaqişənin ədalətli əsaslarla həlli üçün müqəddimə yaratdığını söyləyib.
“Bu gün üçtərəfli razılaşmaların ardıcıl olaraq həyata keçirildiyini məmnuniyyətlə deyə bilərik. Fikrimizcə, bu, uzun müddət davam edən münaqişənin Ermənistan və Azərbaycan xalqlarının mənafeləri baxımından ədalətli əsasda uzunmüddətli və geniş miqyaslı həlli üçün lazımi zəmin yaradır”, – deyə o, bildirib.
Rusiya lideri regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrini bərpa etmək, sərhədləri açmaq vəzifəsinin xüsusi diqqətə layiq olduğunu qeyd etdi.