Putin xokkey oynadı, komandası qələbə qazandı

0
356
MOSCOW, RUSSIA – DECEMBER 25, 2019: Russia's President Vladimir Putin takes part in a Night Hockey League friendly match at the GUM ice rink in Red Square. Valery Sharifulin/TASS Ðîññèÿ. Ìîñêâà. Ïðåçèäåíò ÐÔ Âëàäèìèð Ïóòèí âî âðåìÿ òîâàðèùåñêîãî ìàò÷à Íî÷íîé õîêêåéíîé ëèãè íà ÃÓÌ-êàòêå íà Êðàñíîé ïëîùàäè. Âàëåðèé Øàðèôóëèí/ÒÀÑÑ

Moskvanın mərkəzində, Qırmızı Meydanda Yeni il münasibətilə baş tutan ənənəvi Gecə Xokkeyi Liqasında Rusiya Prezidenti Vladimir Putin də oynayıb.

Dövlət başçısı adəti üzrə 11 nömrəli forma ilə meydana çıxıb. Onun “Qırmızılar” komandasında Müdafiə naziri Sergey Şoyqu, həmçinin Valeri Kamenski, Pavel Bure, Sergey Fyodorov, Aleksey Kasatanov və digər yerli xokkey əfsanələri çıxış ediblər.

Rəqib “Ağlar”ın heyətində isə Tula vilayətinin qubernatoru Aleksey Dyumin, biznesmenlər Gennadi Timçenko, Vladimir Potankin, Roman Rotenberq, musiqiçi İqor Butman və başqaları oynayıblar.

Görüş “Qırmızılar”ın 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. Şaybalardan yarıdan çoxunu rəqib qapısından məhz Putin keçirib.