Rusiya Federasiyasının İran İslam Respublikasındakı səfiri Levan Caqaryan İranın ali rəhbəri ayətullah Əli Xamenei ilə görüşüb.
Bunu Rusiyanın Tehrandakı səfirliyinin mətbuat attaşesi Maksim Suslov deyib.
Onun sözlərinə görə, səfir Vladimir Putinin cavab məktubunu İranın ali rəhbərinə təqdim edib: “Məktub ikitərəfli münasibətlərin gücləndirilməsinə, eləcə də beynəlxalq problemlərin həlli barədədir. Görüşdə həmçinin ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayət də iştirak edib”.
İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Rusiyaya işgüzar səfəri zamanı İran ali rəhbərinin məktubunu Rusiya liderinə təqdim etmişdi.