Putin: “Ümid edirik ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi bağlamaq mümkün olacaq”

0
187

Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanacağına ümid edir.

O, bu barədə çərşənbə günü İrəvanda keçirilən KTMT sammitindəki çıxışı zamanı bildirib.

Putin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin oktyabrın sonunda Soçidə baş tutan sammitini müsbət qiymətləndirib. O, həmçinin qeyd edib ki, aparılan danışıqlar fundamental məsələlər üzrə gələcək kompromislər üçün yaxşı zəmin yaradıb.

Prezident bildirib ki, birgə bəyanatda 2020 və 2021-ci illərdə əldə edilmiş yüksək səviyyəli üçtərəfli sazişlərə sadiqlik bir daha təsdiqlənib. O vurğulayıb ki, yalnız sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, humanitar problemlərin həlli ilə bağlı bu sazişlərin ardıcıl icrası ölkələr arasında münasibətlərin normallaşmasına kömək edəcək.

“Ümid edirik ki, bu, son nəticədə Yerevanla Bakı arasında sülh müqaviləsi bağlamağa imkan verəcək”, – deyə Rusiya dövlət başçısı əlavə edib.