Rusiya Prezidenti Vladimir Putin etiraf edib ki, “Twitter”də amerikalı həmkarı Donald Trampı oxumur.
Bu barədə Putin “RT”, “Al Arabiya” və “Sky News Arabia” telekanallarına verdiyi müsahibəsində uyğun sualı cavablandırarkən bildirib:
“Mənim “Twitter” hesabım yoxdur. Lakin əməkdaşlarımız lazım gəldikcə mənə orada yazılanlar haqqında məlumat verirlər”.
Putin onu da qeyd edib ki, ABŞ prezidentinin fikirləri çoxları üçün, ümumilikdə dünya üçün vacibdir. Lakin o özü bu fikirləri oxumur.