Rusiya Prezidenti Vladimir Putinin Rusiya ilə ABŞ arasında münasibətlərdə prezident Donald Tramp tərəfindən qurulan “qızıl körpünü” yandırmağa yaxın olduğu iddia edilir.
Bu barədə “Politico” qəzeti mənbələrə istinadən yazır.
“Putin Trampın onun üçün yaratdığı “qızıl körpünü” yandırmağa təhlükəli dərəcədə yaxındır”, – mənbə bildirib.
Qeyd edilib ki, Ukrayna böhranının həlli və Rusiya ilə münasibətlərin inkişafı ilə bağlı Trampın səbri tükənir. Tramp hələ Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiqi ilə bağlı yekun qərar verməyib.
ABŞ-ın xüsusi nümayəndəsi Keyt Kelloq Medvedevin üçüncü dünya müharibəsi ilə bağlı dediklərini pisləyərək bunları ehtiyatsızlıq və dünya dövlətinin nümayəndəsinə yaraşmaz adlandırıb.
Bundan əvvəl Donald Tramp Putini tənqid edib və Ukraynada münaqişənin gərginləşməsinə görə yeni sanksiyalar vəd edib.