Putin, Tramp və Zelenski bu ölkədə görüşə bilər

0
16

Rusiya prezidenti Vladimir Putin Donald Tramp və Vladimir Zelenski ilə Cenevrədə görüşə bilər.

Bu barədə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalına danışıb.

“Beləliklə, Cenevrə hər üç əsas liderin – prezidentlər Putin, Zelenski və Trampın razılığa gəlmək üçün görüşəcəyi növbəti dayanacaq ola bilər”, – Ağ Evin sözçüsü bildirib.

Kelloq əlavə edib ki, Birləşmiş Ştatlar da danışıqlar üçün mümkün alternativ məkan kimi Vatikana üstünlük verir.