Rusiya sülhməramlı kontingenti rəsmi olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdır, lakin yeni şəraitə görə Rusiya Federasiyası və onun tərəfdaşları gələcək fəaliyyətin gedişatını müzakirə etməli olacaqlar.
Bu sözləri Rusiya prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
Putin qeyd edib ki, indi erməni əhalisinin köçü ilə bağlı hadisələrdən sonra vəziyyət kəskin şəkildə dəyişib.
“Ancaq rəsmi olaraq sülhməramlılarımız 2025-ci ilin noyabrına qədər orada olacaqlar və biz, əlbəttə ki, tərəfdaşlarımızla məsələni dialoq yolu ilə həll etməliyik…”, – Putin yekunlaşdırıb