Rusiya təhlükəsizliyin təmin edilməsində Ermənistanı həmişə dəstəkləyib.
Bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında deyib.
O qeyd edib ki, Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında münasibətlərin hərtərəfli həlli üçün əlindən gələni edir.