“Vladimir Putin və Nikol Paşinyan “sammit çərçivəsində ünsiyyət qurmaq üçün əla fürsət əldə edəcəklər”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
O, “Rusiya prezidenti ilə Ermənistan baş naziri Sankt-Peterburqda ayrıca görüşəcəklərmi” sualına cavab olaraq bildirib ki, belə görüş planlaşdırılmır.
Qeyd edək ki, Aİİ və MDB-nin qeyri-rəsmi samitləri 25-26 dekabr tarixlərində Sankt-Peterburqda keçiriləcək.
Yada salaq ki, bundan əvvəl Ermənistan lideri Aİİ, MDB və KTMT formatında bir sıra rəsmi tədbirləri buraxmışdı.