Putin Paşinyana zəng etdi: Bakı səfəri ilə bağlı bu məlumatları çatdırdı

0
47

Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Rusiya Federasiyasının prezidenti Paşinyanla Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb və buna görə Ermənistanın baş naziri ona minnətdarlığını bildirib.

“Həmsöhbətlər Ermənistan-Rusiya ikitərəfli gündəliyinə dair məsələləri müzakirə etmək üçün fürsət əldə etmək və yaxın gələcəkdə görüşmək barədə razılığa gəliblər”, – məlumatda deyilir.

Putin bir müddət əvvəl İlham Əliyevlə danışıqlardan sonra bildirmişdi ki, Cənubi Qafqazda davamlı sülh və sabitlik regionun bütün ölkələrinin və xalqlarının fundamental maraqlarına tam cavab verir.