Rusiya Prezidenti Vladimir Putin Krımda “Tavrida” avtomobil yolunun açılışında iştirak edib.
Dövlət başçısı özü “Aurus” limuzininin sükanı arxasında yolu sınaqdan keçirib.
Putin bu məqamda zarafat etməyi də unutmayıb:
“Kəməri bağlamaq lazımdır, elə deyilmi? Əks halda, cərimə ödəmək lazım gələcək”.
Qeyd edək ki, prezident yeni yolun çəkilişindən olduqca razı qalıb, modern və fərqli olduğunu bildirib.