Putin koronavirusa qarşı ilk peyvəndin Rusiyada qeydiyyata alındığını elan etdi – VİDEO

0
643

Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı ilk peyvəndin Rusiyada qeydiyyata alındığını elan edib.

Bu barədə dövlət başçısının özü hökumət nümayəndələri ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, peyvənd olduqca təsirlidir və sabit immunitet yaradır.

Rusiya liderinin qızı da COVID-19-a qarşı ölkə istehsalı olan peyvəndi sınaqdan keçirib.

“Bu peyvənd adenoviral vektorlar əsasında hazırlanıb, lakin məncə, bunun üstünlüyü məhz insanın adenoviral vektorları əsasında hazırlanmasıdır. O, daha dəqiq işləyir, sabit anticisim və hüceyrə immuniteti meydana gətirir. Bunu da çox yaxşı bilirəm, çünki qızlarımdan biri peyvəndi sınaqdan keçirib. Düşünürəm ki, bu mənada o, təcrübədə iştirak edib”, – Rusiya başçısı bildirib.

Onun sözlərinə görə, ilk inyeksiyadan sonra qızının temperaturu 38 dərəcəyə yüksəlib:

“Növbəti gün 37 dərəcədən çox oldu, bu qədər. İkinci inyeksiyadan – ikinci peyvənddən sonra temperatur bir az yüksəldi, amma sonra keçdi. Özünü yaxşı hiss edir, titrlər yüksəkdir”.