Putin koronavirusa görə nazirləri topladı

0
564

Çində yeni növ koronavirusdan ölənlərin sayı 213-ə, xəstəliyə yoluxanların sayı 9692-yə çatıb. Ötən gün virus Tibetdə də qeydə alınmışdı. Tibet Çinin sonuncu “təmiz” regionu idi

Rusiya Prezidenti Vladimir Putin operativ iclas zamanı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) üzvləri ilə koronavirus təhlükəsini müzakirə edib. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Rusiya-Çin sərhədi, arxiv şəkli
Peskovun sözlərinə görə, operativ iclasda TŞ-nın sədrinin müavini Dmitri Medvedev, Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Xarici İşlər naziri Sergey Lavrov, Daxili İşlər naziri Vladimir Kolokolçev, Müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəisi Aleksandr Bortnikov və digər şəxslər iştirak ediblər.

Görüşdə koronavirus təhlükəsi, sosial-iqtisadi və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 213-ə, xəstəliyə yoluxanların sayı 9692-yə çatıb.

Ötən gün virus Tibetdə də qeydə alınmışdı. Tibet Çinin sonuncu “təmiz” regionu idi.

Xatırladaq ki, ötən gün Çinin Uhan şəhərində meydana gəlmiş yeni koronavirusdan ölənlərin sayı 170 idi.

Hesab olunur ki, virusun yeni ştammı ötən ilin sonunda Çinin Uhan şəhərinin mərkəzi bazarında qanunsuz vəhşi heyvan ticarəti nəticəsində yaranıb.