Putin ilk dəfə açıqladı: “Türkiyədə razılaşırdıq, amma o bizə mane oldu”

0
97

Rusiya prezidenti Vladimir Putin jurnalist Dmitri Kiselevə müsahibəsində ölkənin daxili və xarici siyasətindəki inkişaflarla bağlı açıqlamalar verib.

Kiselev amerikalıların strateji sabitlikdən danışdıqlarını, lakin eyni zamanda Rusiyanın strateji məğlubiyyətə getməli olduğunu bəyan etdiklərini deyib.

“Heç bir danışıqlar olmayacaq?” sualına cavab verən Putin heç vaxt danışıqlardan imtina etmədiklərini vurğulayıb:

“Biz İstanbulda keçirilən danışıqlarda Ukrayna tərəfi ilə saziş layihəsini masaya qoyduq. Və bu müqavilənin xülasəsini qarşı tərəfin danışıqlar qrupunun rəhbəri cənab Arahamiya (Ukraynalı siyasətçi David Arahamiya) imzalayıb. Bu, Kremlin arxivindədir. Lakin sonradan cənab Arahamiyanın özünün də açıq dediyi kimi, məlumdur ki, jurnalistlər, hətta xarici media nümayəndələri ilə görüşdə İngiltərənin keçmiş baş naziri Boris Conson gəlib onları bu müqaviləni imzalamaqdan çəkindirib. Məqsəd Rusiyanı döyüş meydanında məğlub etmək idi”.

Putin faktlara əsaslanan danışıqlara hazır olduqlarını bildirib:

“Bu, birinci məqamdır. İkincisi, bizə dəfələrlə söz verilib ki, NATO Şərqə doğru genişlənməyəcək. Gəlin, bu tarixi bir kənara qoyaq. Onlar həmçinin Ukraynadakı vətəndaş münaqişəsinin sülh yolu ilə, siyasi yolla həll ediləcəyinə söz veriblər. Xatırladığımız kimi, Kiyevə Polşa, Almaniya və Fransadan üç xarici işlər naziri gəlmişdi. Onlar bu müqavilələrin qarantı olacaqlarına söz veriblər. Bir gün sonra dövlət çevrilişi oldu. Onlar Minsk razılaşmalarını yerinə yetirəcəklərinə söz verdilər və sonradan bu vədləri yerinə yetirməyəcəklərini açıq elan etdilər. Ancaq Kiyevdəki rejimi silahlandırmaqda fasilə verdilər. Bizə çox şeylər vəd olunub, ona görə də tək vədlər artıq kifayət etmir. Sırf onların döyüş sursatı tükəndiyi üçün indi danışıqlar aparmağımız gülüncdür. Lakin biz ciddi söhbətə hazırıq və bütün münaqişələri, hətta bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik”.