Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə noyabrın 2-də Kremlin mətbuat xidməti bəyan edib.
“1 və 2 noyabr tarixlərində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışıqları apardı. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri hərtərəfli müzakirə edildi”, – deyə Kremlin məlumatında bildirlib.
Bundan əvvəl Vladimir Putin 22 oktyabrda Valdai Klubunun iclasında çıxış edərək, Dağlıq Qarabağdakı münaqişənin həllində Rusiyadan daha çox maraqlanan olmadığını söyləmişdi. Dediyinə görə, o, Azərbaycan Prezidenti İlham Əliyevlə və Ermənistanın baş naziri Nikol Paşinyanla çox sıx təmasdadır, “Onlarla gündə bir neçə dəfə telefonla danışıram”.