Putin gündəmdə

0
318

Türkiyə ilə tərəfdaşlıq buna imkan verdi – Putin

Suriyaya müdaxilə qərarının yaradacağı riskləri hərtərəfli düşündük. Müdaxilənin müsbət təsiri Türkiyə kimi bölgə ölkələri ilə tərəfdaşlıq nəticəsində özünü göstərdi.

Bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

“Region ölkələri ilə yaxşı əlaqələr qurmuşuq. Yaxın Şərqdə də mövqeyimizi daha stabil duruma gətirmişik. Əslində İran, Türkiyə və başqa ölkələr də daxil olmaqla, region ölkələri ilə çox yaxşı iş, tərəfdaşlıq və böyük ölçüdə müttəfiqlik münasibətlərini inkişaf etdirdik”, – Putin qeyd edib.

 

Putin və Tramp arasında görüş başladı

Yaponiyanın Osaka şəhərində G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında görüş başlayıb.

Görüş 1,5 saat davam edəcək.

Qeyd edilir ki, Putin və Tramp ikitərəfli münasibətlərin yaxşılaşdırılmasını müzakirə edəcəklər və həmçinin İran, Ukrayna, Suriya və Yaxın Şərqdəki vəziyyət ətrafında fikir mübadiləsi aparacaqlar.

 

Putin casus “boğuşmalar”ından danışdı

Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsi tarixçəsi 5 qəpiyə də dəyməz.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Kəşfiyyatçılar və əks-kəşfiyyatçılar arasında baş verən bütün bu didişmələr ciddi dövlətlərarası münasibətlərə əsaslanmır. Çünki bizdə deyildiyi kimi, bu casus “boğuşması” 5 qəpiyə də dəymir. Yaxud 5 funta… Dövlətlərarası məsələlər isə milyonları, milyardları əhatə edir. Məgər belə bir miqyası digəri ilə qarşılaşdırmaq mümkündürmü?!” – deyə dövlət başçısı bildirib.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızı Yuliya Britaniyanın Solsberi şəhərində naməlum şəxslər tərəfindən zəhərləndirilmişdi.

London bu olayda Rusiya kəşfiyyatının əli olduğunu iddia edirdi.

 

Rusiyada oliqarx yoxdur – Putin

Rusiyada oliqarx, eləcə də hökumətə yaxınlığından istifadə edərək üstünlüklər qazanmağa çalışan böyük şirkətlər yoxdur.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Faynənşl Tayms”a müsahibəsində deyib.

“Oliqarxlar hakimiyyətə yaxınlığından istifadə edərək yüksək gəlir əldə edənlərdir. Hakimiyyətə yaxınlığından istifadə edib üstünlüklər əldə edən böyük şirkətlər tanımıram”, – o bildirib.