Fələstin-İsrail münaqişəsinin uzunmüddətli həlli yalnız BMT-nin qərarı əsasında mümkündür və bu, ilk növbədə iki dövlətin birgə yaşaması ilə bağlıdır.
Bunu Rusiya prezidenti Vladimir Putin Qətər əmiri ilə Kremldəki görüşü zamanı deyib.
“Biz də öz növbəmizdə sizinlə eyni fikirdəyik. Burada mövqelərimiz üst-üstə düşür ki, uzunmüddətli nizamlanmaya yalnız və müstəsna olaraq Birləşmiş Millətlər Təşkilatının qərarları əsasında nail olmaq olar, o cümlədən bu, ilk növbədə iki tamhüquqlu dövlətin yaradılması ilə bağlıdır. Bu halda mən təbii ki, Fələstin dövlətinin yaradılmasını nəzərdə tuturam”, – Putin bildirib.