Putin ermənini ordenlə təltif etdi: Hansı xidmətlərinə görə?

0
43

Rusiya prezidenti Vladimir Putin Ümumerməni Oyunları Ümumdünya Komitəsinin sədri İşxan Zakaryanı “Dostluq” ordeni ilə təltif edib.

Müvafiq sənəd hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib.

Sənəddə deyilir ki, Zakaryan bədən tərbiyəsi və idmanın inkişafına, sülhün möhkəmləndirilməsinə, Rusiya və Ermənistan mədəniyyətlərinin yaxınlaşmasına və qarşılıqlı zənginləşdirilməsinə xidmətlərinə görə təltif edilib.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Qərblə münasibətlərdə Ermənistanın siyasi müdrikliyinə güvəndiyini bildirmişdi. O, bəyan edib ki, Rusiya erməniləri özünün müttəfiqi və qardaş xalqı hesab edir.