Putin bu ölkənin prezidentini niyə öz evində qəbul edib? – Kremldən reaksiya

0
87

Rusiya prezidenti Vladimir Putin BƏƏ rəhbəri Məhəmməd bin Zayed Əl Nəhyanı öz evində qəbul edib.

Kremlin sözçüsü Dmitri Peskov BƏƏ prezidentinin Putinin evində qəbul edilməsini dostluq münasibətləri kimi izah edib.

Rusiya liderinin mətbuat katibi jurnalist Pavel Zarubinə müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin və BƏƏ rəhbəri Məhəmməd bin Zayed Əl Nəhyan arasında münasibətlər etimad və dostluq xarakteri daşıyır.

Onun sözlərinə görə, münasibətlərin bu səviyyəsi cənab Putinə BƏƏ liderini evində – Moskva yaxınlığındakı Novo-Oqarevodakı iqamətgahında qəbul etməyə imkan verib.

Əl Nəhyan oktyabrın 20-də rəsmi səfərlə Moskvaya gəlib. O BRİKS sammitinin tədbirlərində iştirak edəcək.