Putin Belarusa kömək üçün silahlı qüvvə hazırlayıb

0
568

Rusiya Prezidenti Vladimir Putin lazım gələrsə, Belarusa kömək etmək üçün ehtiyat hüquq-mühafizə orqanları əməkdaşları hazırladığını açıqlayıb.

“Aleksandr Qriqoryeviç (Lukaşenko – red.) məndən müəyyən ehtiyat hüquq mühafizə işçiləri hazırlamamı istədi. Mən də bunu etdim. Ancaq vəziyyət nəzarətdən çıxana qədər istifadə edilməyəcəyi barədə razılaşdıq”, – deyə Rusiya başçısı bildirib.

Onun sözlərinə görə, Rusiyanın təhlükəsizlik sahəsində Belarus qarşısında öhdəlikləri var:

“(Lukashenko) lazım gələrsə, Belarusa kömək göstərməyimizi istədi. Mən də Rusiyanın bütün öhdəliklərini yerinə yetirəcəyini dedim”.