Rusiya Prezidenti Vladimir Putin fiziki şəxslər, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən Avrasiya İqtisadi Birliyinə (AAİB), Azərbaycana, Tacikistana və Özbəkistana 1 milyon rubldan (təxminən 20 min manat) çox nağd rubl ixracını qadağan edən fərman imzalayıb.
Hüquqi informasiya portalında dərc edilən sənəddə deyilir:
“Rusiya Federasiyasından Avrasiya İqtisadi Birliyinin üzv dövlətlərinə, Azərbaycan Respublikasına, Tacikistan Respublikasına və Özbəkistan Respublikasına fiziki şəxslər, eləcə də hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən məbləğindən asılı olmayaraq 1 milyon rubldan çox məbləğdə nağd valyuta ixracına qadağa qoyulsun”.
Sənəddə həmçinin bir sıra istisnalar nəzərdə tutulur, məsələn, nağd rublun hökumət tərəfindən təyin edilmiş beynəlxalq hava limanlarında Rusiya hava sərhəd keçid məntəqələrindən ixracı zamanı, ixrac edilən bütün məbləğ üçün bank çıxarışlarının mövcud olması şərtilə.
Qeyd etmək lazımdır ki, əvvəllər Rusiyada fiziki şəxslər üçün limit 100.000 dollara bərabər idi. Lakin bu limit Azərbaycan, Tacikistan və Özbəkistana şamil edilmirdi.



