Putin Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi haqda: 100 metr ora-bura…

0
160

Rusiya prezidenti Vladimir Putin MDB sammitindən sonra mətbuat konfransında Azərbaycan-Ermənistan münasibətlərinə toxunub. 

Putin sülh sazişinin nəzərdən keçirilməsini dəstəkləməyə hazır olduqlarını bildirib. 

“Mən bu barədə baş nazir Paşinyana demişəm, Azərbaycan prezidenti də bunu bilir. Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına mane ola biləcək heç bir problem yoxdur. Delimitasiya və demarkasiya ilə bağlı suallar var, lakin texniki suallardır. 100 metr ora-bura, bir kilometr ora-bura, artıq əhəmiyyət kəsb etmir.

Hər iki tərəfdən xoş niyyətin təzahürü olarsa, hər şeyə nail olmaq və növbəti addımları atmaq olar, çünki biz vaxtilə ticarət-iqtisadi əlaqələrin inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı razılığa gəlmişik”, – Putin deyib. 

O bəyan edib ki, hazırda Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına heç bir maneə yoxdur.