Pul bazası ilin əvvəlindən 3,3 faiz artıb

0
368

Pul bazası ilin əvvəlindən 3,3 faiz artıb. Bu isə gözləniləndən əhəmiyyətli aşağıdır.

Bu barədə Mərkəzi Bank tərəfindən məlumat verilib.

Bildirilib ki, noyabr-dekabr aylarında Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələri sabit qalsa da, dövlət qiymətli kağızlarının gəlirliliyi azalma meyilini qorunub. Banklararası REPO bazarında orta faizlərdə ciddi dəyişiklik müşahidə edilmir. 

Pul siyasəti qərarları ilə yanaşı makroprudensial yumşalmalar və dövlətin güzəştli kreditləşmə proqramları da kredit qoyuluşlarının dinamikasına və orta faizlərə müsbət təsir göstərir.

Pandemiya şəraitində kreditlərə olan tələbin zəifləməsi bankların başlıca resurs mənbəyi olan depozit faizlərinin dinamikasına təsir edir. Son aylar depozit faizlərində azalma meyili müşahidə olunur.

Əmanətlərin sığortalanması mexanizminin dayanıqlı şərtlərlə yeni çərçivəyə keçidi bank sisteminin resurs bazasının dayanıqlı əsaslarda möhkəmlənməsi və beləliklə, maliyyə sabitliyinin qorunması ilə yanaşı depozit faizlərinin formalaşmasına da müsbət təsir edəcək. 

Qeyd edilib ki, ötən iclasdan bəri valyuta bazarında sabitlik davam edib. Tarazlı valyuta bazarı şəraitində dollarlaşma göstəricilərində azalma müşahidə edilir.